Ukrayna sursatla bağlı çətinlik yaşayır - Kamışin

14 Yanvar 2024 19:03

Ukraynanın müdafiə sənayesi artilleriya sursatlarının istehsalı ilə bağlı böyük çətinlik yaşayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin deyib.

"Ən çətini artilleriya döyüş sursatının istehsalıdır, çünki bu, dünyada qlobal miqyasda qıtdır. Onun istehsalı üçün komponentlər - partlayıcı maddələr və barıt dünyada azdır. Bu, təkcə Ukraynaya deyil, həm də Avropa Birliyi və ABŞ-a aiddir",- Kamışin bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun