Ermənistan ordusunun hərbçisi öldü

14 Yanvar 2024 15:23

Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun