ABŞ-də şatdaun üçün hazırlıqlar başlayıb

14 Yanvar 2024 09:20

ABŞ-də şatdaun üçün hazırlıqlar başlayıb - hökumət maliyyələşdirməsi dayandırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Konqresdəki hazırkı maliyyə sazişi yanvarın 20-dək qüvvədədir. Demokratlar respublikaçılarla büdcənin qəbulu ilə bağlı razılığa gələ bilmədiyi üçün Ağ Ev departamentləri bağlanmağa hazırlaşmağa çağırıb. Bəzi şöbələr yanvarın 20-dən, bəziləri isə fevralın 3-dən bağlana bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun