Şüşəsi çatlayan təyyarə məcburi eniş etdi

13 Yanvar 2024 23:25

Yaponiyanın ən iri sərnişin aviadaşıyıcısı olan "All Nippon Airways" şirkətinə məxsus təyyarə şüşədə çat aşkarlanması səbəbindən məcburi eniş edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Sapporo şəhərindən Toyamaya uçan "Boinq 737" təyyarəsinin pilotları şüşədəki çat səbəbindən geri qayıdıblar.

Sərnişinlər digər təyyarə ilə yola salınıb. Hazırda mütəxəssislər araşdırma aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun