Bayden ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini təsdiqləyib

13 Yanvar 2024 20:17

Amerika Birləşmiş Ştatları Tayvanın müstəqilliyini dəstəkləmir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden jurnalistlərlə söhbəti zamanı bildirib.

Tayvanda keçirilən son seçkiləri şərh edən Bayden bildirib: "Biz Tayvanın müstəqilliyini dəstəkləmirik".

Qeyd edək ki, Amerika administrasiyası "Vahid Çin" siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun