Habil Vəliyev saxlanıldı

13 Yanvar 2024 18:42

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Vəliyev barəsində Daxili İşlər Nazirliyinə bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Məlumatı DİN-dən "Qafqazinfo"ya təsdiqləyiblər.

Qeyd edək ki, H.Vəliyev daha öncə də həbsdə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun