Bələdiyyədən göyərçinlərə yem verən qadına qarşı İNANILMAZ ADDIM

13 Yanvar 2024 22:00

Tenerife adasında bələdiyyə küçədə göyərçin bəsləyən qadını cərimələyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İspaniyanın Tenerife adasında bələdiyyə bir qadını göyərçinlərə yem verdiyi üçün 1500 avro cərimə edib.

Tenerife Bələdiyyəsi həmin qadının küçədə bir dəfədən çox göyərçinlərə yem verərək bələdiyyə qaydalarını pozduğu səbəbiylə cərimə olunduğunu açıqlayıb.

Qeyd edək ki, Tenerifedə heyvanların mühafizəsini tənzimləyən bələdiyyə qaydaları ictimai yerlərdə hər hansı bir heyvanın inzibati icazə olmadan yemlənməsini qadağan edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun