Ucuz günəş baterayası istehsalında yeni üsul
20 May 2010 21:12
Lövhələrin hazırlanmasının bu üsulu parametrlərinə görə ənənəvi silisium üsulundan üstündür. Məqalədə izah olunur ki, bu üsuldan bir çox yeni nəsil qurğuların, o cümlədən yüksək səmərəli Günəş batareyalarının hazırlanmasında istifadə edilə bilər.
Qalium arseniti qalium və arsenin yarımkeçirici birləşməsidir. Ondan yarımkeçiricilər sənayesində geniş istifadə olunur. Bu birləşmədən məsələn, Beynəlxalq Kosmik Stansiyanın Günəş elementləri hazırlanır. Nəticədə həmin elementlər kosmosda ionlaşdırıcı şüalanma şəraitində uzunmüddətli iş qabiliyyətinə malik olur.
/AzərTAc/