Dünya “Köhnə Yeni il”i qeyd edir: Bayramın tarixçəsi haqqında nələri bilirik?

14 Yanvar 2024 08:08

Bu gün "Köhnə Yeni il"dir.

Milli.Az sfera.az-a istinadən bildirir ki, sözügedən gün Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bayram Rusiya ilə yanaşı, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Çernoqoriya, İsveçrə, Azərbaycanda da keçirilir.

"Köhnə Yeni İl"i qeyd etmək ənənəsi isə hələ Yulian təqviminin vaxtında yaranıb.

Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qeyd olunurdu. 1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda bildirilib ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqda çaşqınlıq yaradır. Buna görə də bayram yanvarın 1-də keçirilməlidir.

Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun