Avtobus sürücüsü sükan arxasında canlı yayım açdı - FOTOlar

13 Yanvar 2024 13:18

Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında Tiktokda canlı yayım açıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun