"Fənərbağça" daha bir dünya ulduzunu transfer edir

13 Yanvar 2024 10:20

Leonardo Bonuççi və Kruniç transferlərini reallaşdıran "Fənərbağça" daha bir nəhəng keçidə hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Atletiko"dan Çağlar Söyüncünü heyətinə qatmaq istəyir. Türkiyə klubu 27 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, cari mövsümün əvvəlində "Lester"dən Madrid təmsilçisinə keçən Söyüncü 9 oyuna çıxıb və cəmi 214 dəqiqə mübarizə aparıb.

Türk ulduz AVRO-2024-ə yaxşı hazırlaşmaq üçün çox oyun keçirəcəyi klubda çıxış etmək istəyir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun