Sankt-Peterburqda DƏHŞƏTLİ YANĞIN OLDU - VİDEO

13 Yanvar 2024 10:13

Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda "Wildberries" anbarında yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın 1000 kvadratmetr ərazini əhatə edib. Yanğın 2-ci dərəcəli olaraq qiymətləndirilib.

Hadisə yerinə 20 yanğınsöndürən maşın və 83 xilasedici cəlb olunub.

Hələlik itkilər barədə məlumat yoxdur. Hadisənin səbəbi araşdırılır.

Milli.Az