Alyaskada güclü zəlzələ oldu

13 Yanvar 2024 09:46

Alyaska sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Xidmətin məlumatına görə, seysmik hadisənin episentri Cuno şəhərindən 228 km cənub-qərbdə olub. Şəhərin əhalisi təxminən 32 700 nəfərdir.

Zəlzələnin episentri 20 km dərinlikdə yerləşir. Dağıntılar və itkilər barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun