Bayden husiləri terrorçu adlandırıb: Hücumlarına cavab verəcəyik

13 Yanvar 2024 08:16

ABŞ Prezidenti Cozef Bayden deyib ki, Yəməndəki husi qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmasalar, Birləşmiş Ştatlar onlara zərbələr endirməyə davam edəcək.

Bu barədə Milli.Az  report.az-a istinadən xəbər verir.

"Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib. Bayden jurnalistlərlə danışarkən husiləri "terrorçu qrup" adlandırıb.

ABŞ Prezidenti həmçinin deyib ki, o, Yəmən üsyançılarına dəstək verən İrana müəyyən mesaj göndərib: "Mən artıq İrana mesaj vermişəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun