Rusiyada işçiləri daşıyan avtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

13 Yanvar 2024 00:06

Rusiyanın Nijni Novqorod vilayətində avtobus qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Avtobusun yük maşını ilə toqquşması zamanı 10 nəfər xəsarət alıb, daha 1 nəfər ölüb.

Avtobusdakı sərnişinlər müəssisənin işçiləri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun