Husilərə hücum: İran bu cür "qisas aldı" - VİDEO

12 Yanvar 2024 22:55

ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı hava hücumlarına SEPAH cavab verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-in sosial media hesablarında paylaşımlar edilib.

Paylaşımlarda yayılan animasiyalarda SEPAH PUA-larının ABŞ və Britaniya qüvvələrinə qarşı genişmiqyaslı hücumları simulyasiya edilib.

İranlı internet istifadəçiləri bunu istehza ilə "İranın ağır qısası" adlandırıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun