“Rusiya faşistlərin İrəvandakı yürüşündən dərin narahatlıq keçirib”

12 Yanvar 2024 17:40

"Yanvarın 1-i İrəvanın mərkəzində bir qrup faşist gəncin keçirdiyi yürüşü dərin narahatlıqla qəbul etdik".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, Rusiya Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin yürüşə mane olmamasına təəccüblənib: "Hesab edirik ki, nasizmin istənilən təzahürlərini kökündən dayandırmaq lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun