“Fənərbağça” “Milan”ın ulduzunu ALDI

12 Yanvar 2024 17:45

Türkiyənin "Fənərbağça" komandası Bosniya və Herseqovina millisinin üzvü Rade Kruniçin transferini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanacaq.

Oyunçu sözləşmə imzalamaq üçün bu gün İstanbula gələcək.

Qeyd edək ki, Rade Kruniç son olaraq İtaliya "Milan"ının formasını geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun