Hollivud ulduzu Culiya Roberts Britaniyanın "Vogue" jurnalının fevral buraxılışının üz qabığında yer alıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 56 yaşlı aktrisa gənc görünməsinin sirrini bölüşüb.
O, "Culiya son 25 ildə niyə dəyişməyib?" sualını belə cavablandırıb:
"Yaxşı genlər, qane edən həyat. Bunu əvvəllər də demişəm. Sevgiyə inanıram. Həyat yoldaşımın məni sevdiyinə inanıram. Bu, məni dərindən xoşbəxt edir. Xoşbəxt bir insan görəndə artıq onun neçə yaşında olmasının əhəmiyyəti olmur".
Qeyd edək ki, Culiya 2002-ci ildən amerikalı kinematoqrafçı Daniyel Riçard Moderlə ailəlidir. Cütlüyün 3 övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun