MDB PA-nın Azərbaycanda keçiriləcək Prezident seçkilərində müşahidəçilərinin koordinatoru təyin olunub

12 Yanvar 2024 15:52

Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının (PA) Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Qazaxıstan parlamentinin Senat sədrinin müavini Jakıp Asanov təyin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq sərəncam MDB Parlamentlərarası Assambleyanın sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası Valentina Matvienko imzalayıb.

J.Asanovun namizədliyini Qazaxıstan parlamentinin Senatı irəli sürüb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun