Direktor həyat yoldaşını özünə müavin təyin etdi

12 Yanvar 2024 15:26

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

Milli.Az konkret.az-a istinadən bildirir ki, F.Qurbanova bundan öncə Xaçmazın İstisu kənd orta məktəbində lobarant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayon təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu,1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun