ABŞ-də zəlzələ oldu

12 Yanvar 2024 13:33

ABŞ-də Alyaska sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Port-Aleksandr şəhərindən 73 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 20,2 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun