Zelenskiyə qarşı hərbi çevriliş olacaq - Ritter

12 Yanvar 2024 06:55

Yaxın aylarda Ukrayna ordusu ilə Prezident Vladimir Zelenski arasında münaqişə mümkündür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.

Ritter bildirib ki, ölkədə vəziyyət yaxşılaşmasa, yanvar-fevral aylarında hərbi çevriliş baş verə və Prezident Zelenski Nikolay Çauşeskunun taleyi ilə üzləşə bilər.

Ekspert hesab edir ki, Ukrayna ölkə daxilində dərin parçalanma səbəbindən təkcə hərbi deyil, həm də siyasi fəlakətlə üz-üzədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun