Türkiyə ordusunun əsgəri İraqda şəhid oldu

12 Yanvar 2024 07:14

"Pəncə-Kilid" əməliyyat zonasında (İraqda) Türkiyə ordusunun bir hərbçisi şəhid olub, daha biri isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

"11 yanvar 2024-cü ildə "Pəncə-Kilid" əməliyyatı bölgəsində terror qruplarının təxribatı nəticəsində hərbçimiz Samət Aslan şəhid olub, daha bir qəhrəman silahdaşımız da yaralanıb", - deyə bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun