"Əminəm ki, Andorraya qalib gələcəyik"

29 May 2012 21:55
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov sabah baş tutacaq Andorra ilə yoldaşlıq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində "Qarabağ"lı oyunçu bunları dilə gətirib:
 
"Hazırda Andorra yığmasının hansı səviyyədə olduğunu bilmirəm. Amma fikrimcə, onlar bizə qarşı ciddi mübarizə aparacaqlar. Bizə isə qələbə qazanmaq lazımdır. Yaponiya ilə oyundakı məğlubiyyəti unutdurmaq üçün bu, yaxşı şansdır. Əminəm ki, qələbə qazanacağıq".

Milli.Az