Husilər səfərbərlik elan etdi

12 Yanvar 2024 07:29

Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ənsar Allah" üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi "Al Masirah" telekanalında çıxışı zamanı bildirib.

"Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", - deyə o qeyd edib.

O, həmçinin "Ənsar Allah" tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun