ABŞ bazası 4 raketlə vuruldu

12 Yanvar 2024 00:51

Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə mənbə "RİA Novosti"yə bildirib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun