İlkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir

11 Yanvar 2024 23:42

İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andriy Kostin "Suspilne" telekanalının efirində bildirib.

"İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir".

Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır ki, bu da raketi identifikasiya etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun