Blinken Sisi ilə Qəzzanı müzakirə etdi

12 Yanvar 2024 06:34

ABŞ dövlət katibi Entoni Blinken Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıblar.

"Blinken və prezident Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər", - M.Miller deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun