Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

11 Yanvar 2024 21:13

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 213-ə çatıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Daha 52 nəfərin itkin düşdüyü bildirilib.

Yaralıların sayı isə 567 nəfərə çatıb.

Qeyd edək ki, 1 yanvarda Yaponiyada ən böyüyünün gücü 7,6 bal olan ardıcıl zəlzələlər baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun