Xərçəngdən əziyyət çəkən məhşur məşqçi: "1 illik ömrüm qalıb"

11 Yanvar 2024 17:58

İsveçli məşqçi Sven-Göran Erikssonın sağlamlığından problem var.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, radio verilişlərinin birində qonaq olan mütəxəssis xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirib:

"Hamı vəziyyətimdən xəbərdardır. Xərçəng olduğumu düşünürlər. Elədir! Amma bacardığım qədər savaşmalıyam. Ən yaxşı ehtimal 1 illik ömrüm qalıb. Bəlkə də 1 ay. Bunu düşünməmək lazımdır. Özünüzü aldatmayın. Hadisələrin müsbət tərəflərini görün. Problemlərin içində çabalamayın!"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun