53 yaşlı supermodel Dubayda belə görüntüləndi - FOTOlar

12 Yanvar 2024 04:04

Supermodel Naomi Kempbell Dubayda idman zalına gedərkən görüntülənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, ağ idman dəsti geyinib. Dəst enli köynək və tennis ətəkdən ibarətdir. Supermodel görünüşünü dəyirmi çərçivəli gün eynəyi, "Chanel" çiyin çantası və qara idman ayaqqabısı ilə tamamlayıb. O, həmçinin bir neçə qızıl bilərzik taxıb.

Supermodelin bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun