COP29-un Azərbaycanda keçirilməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır - AATA

11 Yanvar 2024 11:58

COP29-un Azərbaycanda keçirilməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda deyib.

"Hazırda Azərbaycan dünya ölkələri ilə əlaqələrini genişləndirməyə nail olub. Azərbaycanda, həmçinin, COP29 kimi nüfuzlu tədbir keçiriləcək. Biz Turizm Agentlikləri Assosiasiyası olaraq, bu hadisəyə hazır olmalı və elə etməliyik ki, turistlər öz evlərinə müsbət fikirlərlə getsinlər", - o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun