Ramil Şeydayevin "Kocaelispor"dakı qazancı açıqlandı

11 Yanvar 2024 12:14

"Kocaelispor" klubuna keçəcəyi gözlənilən Ramil Şeydayevin Türkiyə təmsilçisindəki qazancı bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.

Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.

Qeyd edək ki, oyunçunun "Kocaelispor"la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun