Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bizi hər tərəfdən boğur, əzirlər, amma bütövlükdə iqtisadiyyatın həcminə görə Avropada birinciyik. Almaniyanı üstələdik və dünyada beşinci yeri tutduq: Çin, ABŞ, Hindistan, Yaponiya, Rusiya. Avropada isə bir nömrəyik. Alıcılıq qabiliyyəti paritetinə görə biz bütün Avropanı ötmüşük, lakin adambaşına düşən məbləğdə hələ də cəhd etməliyik. Buna görə də işləməliyik", - Putin bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun