BMT-nin helikopteri qaçırıldı - 8 girov var

11 Yanvar 2024 11:13

Somalidə BMT missiyasının helikopteri silahlı şəxslər tərəfindən qaçırılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, helikopterin göyərtəsində Keniya, Uqanda və Misir vətəndaşları olmaqla 9 nəfər olub. 

Helikopterin "Əş-Şabab" radikal qruplaşmasının üzvləri tərəfindən ələ keçirildiyi və onların göyərtədə olan misirli həkimi qətlə yetirdikləri bildirilir. Digər şəxslər isə girov saxlanılır. 

BMT-nin yüksəkvəzifəli məmurlarından birinin məlumatına görə, təşkilat sözügedən insidenti həll etmək üçün fövqəladə işçi qrupu yaradıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun