Daun sindromlu qadın deputat oldu

11 Yanvar 2024 14:53

İspaniya tarixində ilk dəfə daun sindromlu qadın deputat olub. Bu 46 yaşlı Mar Galserandır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, boş vaxtlarında atletika və rəqslə məşğul olur, xəstəxanalarda yaşlılara könüllü kimi qulluq edir.

O, karyerasına 18 yaşından başlayıb - mühafizəkar Xalq Partiyasına qoşulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində o, kiçik mütəxəssisdən aparıcı menecerə qədər yüksəlib, hətta sonra Valensiya səhiyyə nazirinin müavini vəzifəsini də tutub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun