Oğlunu illərlə kasıb mühitdə böyüdən atanın milyonçu olduğu ortaya çıxdı - FOTOlar

13 Yanvar 2024 10:28

Milyonçu ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslində zəngin olduğunu deməyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəribə hadisə Çində baş verib.

Oğlunun sözlərinə görə, atası borclarına görə həmişə narahatlıq keçirib, ayı-aya güclə caladığını bildirib və kasıbçılıqdan şikayətlənib.

Gənc universiteti bitirdikdən sonra ailəyə maddi yardım üçün iş axtarmağa başlayıb. Bu zaman atası onu səmimi söhbətə dəvət edib və əslində malikanələri, şəxsi şirkəti və səkkiz maşını olduğunu deyib.

Hazırda oğlan atasının şirkətində işləyir. Bununla belə o, işə limuzində deyil, köhnə mopedində gedir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun