Ekvador Rusiya istehsalı olan avadanlıqları ABŞ-a təhvil verəcək

11 Yanvar 2024 07:30

Ekvador ümumilikdə 200 milyon dollar dəyərində yeni texnikalar müqabilində Rusiya istehsalı olan avadanlıqları ABŞ-a təhvil verəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Ekvador prezidenti Daniel Noboa "Canela" radiosuna açıqlayıb.

"Bəli, ABŞ-dan kömək var. Birincisi, Ukrayna və Rusiya metal qırıntılarının 200 milyon dollar dəyərində müasir avadanlıqla mübadiləsi aparılacaq", - o, deyib.

Noboa bildirib ki, müqavilənin bu ayın sonuna qədər tamamlanacağı gözlənilir.

2023-cü ilin yanvarında ABŞ-ın Cənub Komandanlığının rəhbəri general Laura Riçardson Venesuela, Kuba, Nikaraqua və daha 6 Latın Amerikası ölkəsinin Rusiya silahlarına sahib olduğunu və ABŞ-ın bu Rusiya silahlarını Amerika silahları ilə əvəz etmək üzərində çalışdığını bildirib.

ABŞ isə öz növbəsində bu ölkələrdən alacağı silahları Ukraynaya təhvil vermək istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun