ÜST Covid-19-la bağlı açıqlama etdi

10 Yanvar 2024 23:36

"Covid-19 virusu hələ də mutasiya edir və öldürücüdür".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.

O, bildirib ki, ststistika keçən ilin dekabrında virusa yoluxma hallarının artdığını göstərir. Bu isə bayram dövründə izdihamın olması, eləcə də virusun mutasiyaya uğramış versiyası olan "JN.1" ştammının sürətlə yayılması ilə bağlıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun