İlham Əliyev telekanallara müsahibəsində Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist barədə danışdı

10 Yanvar 2024 20:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun