Əfqanıstanda daha bir güclü partlayış: yaralılar var

10 Yanvar 2024 19:13

Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Hasht-e Subh" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban"a məxsus avtomobilin yanında qumbara partlayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət hələlik hadisə ilə bağlı şərh verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun