Dilarə Səlim telekanal rəhbəri oldu

10 Yanvar 2024 17:31

"Mədəniyyət" telekanalının direktoru vəzifəsinə təyinat olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.

Bu barədə "ASAN Xidmət"in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.  

Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun