26 yaşlı qadın intim hisslərinə qurban getdi - Riyaziyyat müəllimi idi...

10 Yanvar 2024 16:16

Əxlaqsızlıqla məşğul olan müəllimi 10 illik həbs cəzası gözləyir.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, ABŞ-nin Texas ştatındakı məktəblərin birində riyaziyyat fənnindən dərs deyən Hailey Nichelle Clifton-Carmack polis tərəfindən saxlanılıb.

Şagirdi ilə eşq yaşadığı üzə çıxan 26 yaşlı qadının həbsi tələb olunur.

Qadının telefonuna baxış keçirilən zaman üzə çıxan intim yazışmalar və şəkillər dəlil kimi göstərilib.

Qadın ifadəsində bildirib ki, oğlanın valideyni məsələdən xəbərdar olub.

İsmayıl
Milli.Az