İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı

10 Yanvar 2024 15:53

Yanvarın 7-də İranın paytaxtı Tehranda 11 yaşlı məktəbli oğlan ailəsi evdə olmadığı vaxt özünü yataq otağında anasının baş örtüyü ilə asaraq, intihar edib.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Hadisə zamanı oğlum evdə tək olub və niyə intihar etdiyini bilmirəm. O, çox xoşbəxt idi", - deyə məktəblinin anası bildirib.

Qeyd olunub ki, ananın bu ifadələrindən sonra Tehran Cinayət Məhkəməsində cinayət işi açılıb və bildirilib ki, şagirdin intihar səbəbinin müəyyən olunması üçün araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun