Trampın əziz adamı öldü

10 Yanvar 2024 13:08

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp anası Amalia Knavsın vəfat etdiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 78 yaşlı qadın yanvarın 9-da dünyasını dəyişib.

"Sevimli anamın vəfatını dərin hüznlə elan edirəm. Amalia Knavs özünü həmişə lütf, hərarət və ləyaqətlə daşıyan güclü qadın idi. O, bütünlüklə ərinə, qızlarına, nəvəsinə və kürəkəninə sadiq idi", - amerikalı siyasətçinin həyat yoldaşı yazıb.

O əlavə edib ki, bütün ailə Knavs üçün darıxacaq və onun irsinə hörmət edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun