Osmanlı-Azadkənd dəmir yolunda bərpa işləri aparılır
20 May 2010 16:43
Səhmdar Cəmiyyət tərəfindən yayılan məlumatda belə deyilir. Dəmir yolu Kür çayının daşmasından yaranan sel nəticəsində çöküb. Daşqınların nəticələrinin aradan qaldırılması üçün yolun bərpası və Osmanlı - Azadkənd dəmir yolunun 15-ci kilometrliyində körpünün tikilməsinə dair layihə hazırlanır. Şurvan - Osmanlı və Azadkənd sahələrində iki ədəd 2 000 millimetrlik dəmir-beton boruların tikilməsi, üst elementlərin quraşdırılması (relslər, şpallar, bərkidicilər və ballast təbəqəsi), 10 km-lik sahədə birtərəfli çökmələrin aradan qaldırılması, rabitə sisteminin və kənar elektrik xətlərinin bərpası nəzərdə tutulub.
Həmçinin, daşqınlar nəticəsində mayın 9-dan başlayaraq Şirvan - Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün burada da işlər aparılır.