Henderson Avropaya qayıda bilər

10 Yanvar 2024 07:45

Səudiyyə Ərəbistanının "Əl İttifaq" klubunda çıxış edən Cordan Henderson Avropaya qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçini "Ayaks" qış transfer pəncərəsində heyətinə cəlb etmək istəyir.

33 yaşlı futbolçunun da bu mövsümün əvvəlindən çıxış etdiyi "Əl İttifaq"da xoşbəxt olmadığı, Avropaya qayıtmaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Henderson Səudiyyə klubu ilə 19 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun