Timo Verner "Tottenhem"də

10 Yanvar 2024 07:22

 "Tottenhem" "Leyptsiq"in hücumçusu Timo Verneri bu mövsümün sonuna kimi icarəyə götürüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin saytı məlumat yayıb. "Tottenhem"in yayda Almaniya millisinin oyunçusunu  18 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var. Timo yeni klubunda 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki,  27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun