Ukrayna MN-dən 10 milyard oğurlanıb – Umerov

10 Yanvar 2024 00:30

Ukrayna Müdafiə Nazirliyindən oğurlanan pulun məbləği 10 milyard qrivnadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov sosial şəbəkədəki səhifəsində yazıb.

O, daxili audit və ümumi audit nəticəsində çoxlu maliyyə pozuntularının aşkar edildiyini bildirib.

Xatırladaq ki, 2023-cü ildə Aleksey Reznikov korrupsiya qalmaqalı nəticəsində bu vəzifəni tərk etdikdən sonra Umerov Ukraynanın müdafiə naziri təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun